Səhiyyə Nazirliyi - Respublika Xəstəxanasının əməkdaşları alternativ iş təklifi və ya layiqli təzminatla təmin ediləcəklər
Respublika Xəstəxanasının hər bir əməkdaşı alternativ iş təklifi və ya layiqli təzminatla təmin ediləcək- bu barədə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Qurumdan verilən məlumata əsasən, klinikada çalışan tibb işçilərinin hüquqlarının tam şəkildə qorunması vacibdir.
“Akademik Nikoloz Ğipşidze adına mərkəzi universitet klinikasının bazasında bütün əsas tibbi istiqamətləri təmin edəcək yeni çox profilli, yüksək texnologiyalı və müasir standardlara uyğun klinika təşkil olunacaq. Yaxın vaxtlarda qəzalı vəziyyətdə olan binanın fasadı söküləcək. Klinikada çalışan tibb işçilərinin hüquqlarının tam şəkildə qorunması vacibdir. Respublika Xəstəxanasının hər bir əməkdaşı alternativ iş təklifi və ya layiqli təzminatla təmin ediləcək.
Təkliflər paketinə əsasən, bir tək Respublika Xəstəxanasında işləyən istənilən işçi təzminat olaraq birdəfəlik 12 aylıq əmək haqqı ilə təmin ediləcək; Əgər klinikanın işçisi başqa müəssisədə də işləyirsə, təzminat olaraq dörd aylıq əmək haqqını alacaq; 12 aylıq təzminatdan imtina edən tibb işçisinə Səhiyyə Nazirliyi tərəfindən eyni vəzifədə başqa tibb məntəqəsində işlə təminat və dörd aylıq əmək haqqı məbləğində təzminat təklif ediləcək; Başqa müəssisədə işləməyən və nazirlik tərəfindən alternativ iş yeri təklif edilməyən tibb işçiləri üçün nazirlik onların işlə təmin olunmasına qədər üç il ərzində aylıq əmək haqqı ödəyəcək.
Səhiyyə Nazirliyi Respublika Xəstəxanasının hər bir əməkdaşına qeyd olunan təzminat paketini təklif edəcək. İctimaiyyətə məlumdur ki, nazirliyin iştirakı ilə əməkdaşların bir hissəsi artıq müxtəlif dövlət klinikalarında işə düzəlib”- Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.