Səhiyyə Nazirliyi Onidə təbii fəlakət zonasında cari işlər zamanı hərbi qulluqçunun dünyasını dəyişməsi ilə bağlı bəyanat yayır
Səhiyyə Nazirliyi Onidə təbii fəlakət zonasında cari işlər zamanı hərbi qulluqçunun dünyasını dəyişməsi ilə bağlı bəyanat yayır.
“Onidə təbii fəlakət zonasında cari işlər zamanı hərbi qulluqçunun ehtimal ki, infarkt nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar bildiririk ki, Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin briqadası bildiriş (10:55) aldıqdan 10 dəqiqə ərzində (11:05) hadisə yerinə gedib, lakin həkimlər təəssüf ki, hərbi qulluqçunun dünyasını dəyişdiyini görüblər. Müvafiq olaraq, ayrı-ayrı kütləvi informasiya vasitələrində guya hərbi qulluqçunun ölümünün gecikmiş və ya lazımi tibbi xidmət göstərilməməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzini nüfuzdan salmaq məqsədi daşıyır.
İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, təbii fəlakət zonasının müxtəlif lokasiyalarında dörd təcili yardım briqadası davamlı olaraq işləyir. Həmçinin, Oni və Ambrolaurinin ilkin səhiyyə mərkəzlərindən iki təcili yardım maşını səfərbər olunub.
Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi hərbçinin vəfatından dolayı məyusluğunu ifadə edir və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir”- məlumatda deyilir.