Səhiyyə Nazirliyi "Məhkəmə Ekspertizası" sub-ixtisas proqramı üzrə həkimləri pulsuz hazırlayacaq
Səhiyyə Nazirliyi "Məhkəmə Ekspertizası" sub-ixtisas proqramı üzrə həkimləri pulsuz hazırlayacaq

 
Səhiyyə Nazirliyi “Məhkəmə Ekspertizası” sub-ixtisas proqramı üzrə həkimləri pulsuz hazırlayacaq.

Nazirliyin məlumatına əsasən, diplomdan sonrakı tibb təhsili proqramı çərçivəsində Acara, İmereti, Kaxeti və Samtsxe-Cavaxeti bölgələrində yaşayan 10 həkim hazırlıqdan keçəcək.

Təlim keçmiş həkimlər əsas kliniki fəaliyyətə paralel olaraq Levan Samxarauli adına Məhkəmə Milli Ekspertiza Bürosunun regional bölmələrində işə götürüləcək və məhkəmə-tibbi ekspertizasını həyata keçirəcəklər.

Proqram çərçivəsində həm təhsil, həm də təhsilin təşviqi xərcləri (Tbilisidə yaşayış, nəqliyyat, gündəlik xərclər) maliyyələşdiriləcək. Məhkəmə ekspertləri üçün hazırlıq proqramı ilə maraqlanan şəxslər nazirliyin [email protected] elektron poçt ünvanına ərizə göndərməlidirlər” – məlumatda deyilir.