Səhiyyə Nazirliyi – Klinikaya yerləşdirilən bağça uşaqlarının ailə üzvlərinin tibbi xidmət üçün müəyyən məbləğ ödəməli olduqları barədə məlumatlar həqiqətə uyğun deyil
Klinikaya yerləşdirilən bağça uşaqlarının ailə üzvlərinin tibbi xidmət üçün müəyyən məbləğ ödəməli olduqları barədə məlumatlar həqiqətə uyğun deyil, – bu barədə Səhiyyə Nazirliyinin bəyanatında qeyd olunub.
Bəyanatda deyildiyi kimi, Səhiyyə Nazirliyi tam məsuliyyəti ilə xərclərin dövlət tərəfindən ödənildiyini bəyan edir.
“Müvafiq olaraq, uşaq bağçalarında baş verən hadisə ilə əlaqədar klinikaya köçürülən uşaqların ailə üzvləri göstərilən xidmətə görə heç bir məbləğ ödəməyəcəklər.
Aydınlaşdırırıq ki, istisnasız olaraq bütün klinikalar səhərdən etibarən məlumatlandırılıb və xəbərdar edilib ki, bağça uşaqlarının tibbi xidmət haqqının ödənilməsini valideynlərdən tələb etməsinlər, çünki dövlət sözügedən xərcləri tamamilə ödəyir”, – bəyanatda deyilib.
Məlumat üçün bildirək ki, rəsmi məlumata görə, Tbilisidə yerləşən 20 uşaq bağçasının 55 şagirdi və bir tərbiyəçisində zəhərlənmə əlamətləri müşahidə olunub. Onlar tibbi yardım üçün Tbilisidə yerləşən altı tibb müəssisəsinə müraciət ediblər. İstintaq Xidməti zəhərlənmə faktı üzrə istintaqa başlayıb.
Bununla yanaşı, Tbilisi Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin məlumatına görə, epidemioloji risklərin qarşısının alınması məqsədilə yeddi bağçada təlim-tərbiyə prosesi dayandırılıb, 183 bağça isə fəaliyyətini davam etdirir.