Səhiyyə Nazirliyi - əczaçılıq sahəsində islahatlar uğurla davam etdirilir, 1 522 640 ədəd elektron resept yazılıb
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi elektron resept olmadan II qrup dərman vasitələrinin verilməsi ilə bağlı 939 fakt, o cümlədən 49 halda təkrarlanma aşkar edib-bu barədə Səhiyyə Nazirliyi tərəfindən məlumat yayılır.
Qurumdan verilən məlumatda qanun pozuntusunun həm şəbəkə, həm də qeyri-şəbəkə apteklərində qeydə alındığı deyilir.
“Aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati xəta protokolları tərtib edilərək məhkəməyə göndərilib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi əczaçılıq bazarının şəffaflığını, əhali üçün keyfiyyətli və münasib qiymətə dərman preparatlarını təmin etmək məqsədilə əczaçılıq sahəsində islahatlar həyata keçirir. Dəyişikliyə əsasən, dərman reseptləri bundan sonra maddi formada (kağız üzərində) yazılmayacaq, reseptlər yalnız elektron formada veriləcək.
Bununla yanaşı, dərmanın generik resepti sistemi tətbiq edilib. Martın 1-dən sentyabrın 16-dək 1 522 640 elektron resept verilib. Aprelin 11-dən sentyabrın 16-dək generik olaraq 956.000 resept buraxılıb. Tənzimləyici Agentlik pozuntuları aşkarlamağa davam edir. Dərmanların reseptsiz satışına nəzarət həm Tbilisidə, həm də regionlar miqyasında həyata keçirilir” – deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.