Səhiyyə Nazirliyi dekabrın 6-da keçirilən etiraz aksiyasında yaralananların vəziyyəti ilə bağlı məlumat yayıb
Səhiyyə Nazirliyi dekabrın 6-da keçirilən etiraz aksiyasında yaralananların vəziyyəti ilə bağlı məlumat yayıb.
Agentliyin məlumatına görə, dekabrın 6-da Təcili Koordinasiya və Təcili Yardım Mərkəzinin qrupları aksiyanın 9 iştirakçısını tibb müəssisələrinə aparıblar.
“Onlar müxtəlif xəsarətlər alıblar: döş qəfəsinin və yuxarı ətrafların travması, yuxarı ətrafların sınığı, səthi zədə və intoksikasiya. İki xəstənin klinikalarda həkim nəzarəti altında müalicəsi davam etdirilir. Onların həyatı təhlükədə deyil. Qalanları isə tibb müəssisələrindən buraxılıblar.
Etiraz aksiyasının keçirildiyi əraziyə 20 fövqəladə koordinasiya və təcili yardım qrupu səfərbər edilib. Mitinq iştirakçılarına yerindəcə tibbi yardım göstərilib, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Qeyd olunan məlumatlara yalnız Təcili Koordinasiya və Təcili Yardım Mərkəzi tərəfindən xəstəxanaya yerləşdirilən insanların sayı daxildir. – Məlumatda qeyd olunur.