Səhiyyə Nazirliyi - avqust ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə səhiyyə xidmətlərinin qiymətləri 7,3 faizlə ucuzlaşıb
Avqust ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə səhiyyə xidmətlərinin qiymətləri 7,3 faizlə ucuzlaşıb, bu da illik indeksdə -0,72 faiz bəndi əksini tapıb. Məlumatı Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi Milli Statistika Xidmətinin göstəricilərinə istinadən yayır.
Qurumun məlumatında qiymətlərin tibbi məhsul, avadanlıq və cihazların alt qrupunda (-17,6 faiz) ucuzlaşdığı deyilir.
“İyul ayında səhiyyə qrupunda 6,9 faiz, tibbi məhsul, avadanlıq və cihazlar alt qrupunda isə -17,3 faiz azalma qeydə alınıb. Nəticədə avqust ayında tibbi məhsullar daha da ucuzlaşıb.
Nazirlik tərəfindən əczaçılıq bazarında aparılan islahatlar nəticəsində qiymətlər kəskin şəkildə, 70%-ə qədər ucuzlaşıb” – deyə agentliyin məlumatında qeyd olunur.