Səhiyyə Nazirliyi - axondroplaziyanın müalicəvi dərmanı heç bir ölkədə dövlət proqramı çərçivəsində maliyyələşdirilmir və pasiyentlər onu yalnız tədqiqat çərçivəsində pulsuz alırlar
Səhiyyə Nazirliyi - axondroplaziyanın müalicəvi dərmanı heç bir ölkədə dövlət proqramı çərçivəsində maliyyələşdirilmir və pasiyentlər onu yalnız tədqiqat çərçivəsində pulsuz alırlar

 

Gürcüstan Səhiyyə Nazirliyində axondroplaziyanın müalicəsi üçün nəzərdə tutulan “VOXZOGO” preparatının heç bir ölkədə dövlət proqramı çərçivəsində maliyyələşdirilmədiyini və pasiyentlərin onu yalnız tədqiqatlar çərçivəsində pulsuz aldıqlarını açıqlayırlar.

Nazirliyin məlumatına əsasən tədqiqatda iştirak edən ölkələr yalnız uzunmüddətli təsirlərin qiymətləndirilməsi başa çatdıqdan sonra “VOXZOGO”nun standart müalicə proqramına daxil edilməsinə baxacaqlar.

Səhiyyə Nazirliyində həmçinin nadir xəstəliklərin müalicə proqramlarının genişləndirilməsi və inkişafı istiqamətində aktiv iş apardıqlarını bildirirlər.

“Səhiyyə Nazirliyi nadir xəstəliklərin müalicə proqramlarının genişləndirilməsi və inkişafı istiqamətində aktiv iş aparır. Sözügedən proqram çərçivəsində 2022-ci ildə ilk dəfə olaraq onurğa əzələlərinin atrofiyasının, həmçinin dağınıq sklerozun müalicəsi ilə bağlı xərclər maliyyələşdirilib. 2023-cü ildə proqram genişlənir və Səhiyyə Nazirliyi Duchenne əzələ distrofiyası olan pasiyentlərin müalicəsini maliyyələşdirməyə başlayır.

Qeyd etmək lazımdır ki, nadir xəstəliklərdən biri axondroplaziyadır, xəstəliyin müalicəvi “VOXZOGO” (generik adı “Vosoritide”) dərmanının effektivliyi ilə bağlı tədqiqatlar tamamlanmayıb. Dərman 2021-ci ildə sürətləndirilmiş şəkildə avtorizasiya aldı. Bu mərhələdə aparılan tədqiqatlara görə, onun axondroplaziyalı pasiyentlərin böyüməsinin effektivliyini stimullaşdırdığı müəyyən edilmişdir, lakin eyni tədqiqatla dərmanın effektivliyi və uzunmüddətli terapiya şəraitində onun həyat keyfiyyətinə təsiri təsdiqlənmir. Həmçinin, tədqiqatla dərmanların axondroplaziyaya xas olan ağırlaşmalara müsbət təsiri təsdiq edilməyib.

Tədqiqatın bu mərhələsində “VOXZOGO” nun təsirinin olduqca diqqətəlayiq yan təsirləri ifadə edilir. Qeyd edək ki, preparatın yekun avtorizasiyası üçün hazırda dünyanın aparıcı ölkələrinin, İngiltərə, Yaponiya, Amerika, Almaniya, Türkiyə, Avstraliya, İspaniyanın aparıcı universitet və tədqiqat mərkəzlərində əlavə tədqiqatlar aparılır. Bu gün heç bir ölkədə dövlət proqramı çərçivəsində dərman maliyyələşdirilmir və pasiyentlər yalnız tədqiqatlar çərçivəsində onu pulsuz alırlar. Tədqiqatda iştirak edən ölkələr yalnız uzunmüddətli təsirlərin qiymətləndirilməsi başa çatdıqdan sonra “VOXZOGO”nun standart müalicə proqramına daxil edilməsinə baxacaqlar”-deyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.