Səhiyyə Nazirliyi - Əczaçılıq şirkətlərinin dövlətə və vətəndaşlara qarşı vicdansız hərəkətləri yolverilməzdir, hər bir qanun pozuntusu ilə bağlı ciddi tədbirlər görüləcək
Səhiyyə Nazirliyi - Əczaçılıq şirkətlərinin dövlətə və vətəndaşlara qarşı vicdansız hərəkətləri yolverilməzdir, hər bir qanun pozuntusu ilə bağlı ciddi tədbirlər görüləcək

 
Gürcüstan Səhiyyə Nazirliyində əczaçılıq şirkətlərinin dövlətə və vətəndaşlara qarşı vicdansız hərəkətlərinin yolverilməz olduğunu bildirirlər.

Onlar qurumun hər bir qanun pozuntusuna qarşı sərt cavabı olacağını deyirlər.

“Milli Rəqabət Agentliyi “PSP Pharma”, “Aversi”, “Pharmadepot”, “GPC” və “Mermisi” şirkətlərini 52 797 934 lari məbləğində cərimələyib. Araşdırmalar nəticəsində əczaçılıq şirkətlərinin əhaliyə və dövlətə qarşı fəaliyyət göstərdiyi təsdiqlənib. Belə ki, “PSP Pharma”, “Aversi”, “Pharmadepot”, “GPC” və “Mermisi” onkoloji dərmanlar üzrə dəqiq, eyni qiymətlər təqdim edib. Əczaçılıq şirkətləri tərəfindən maksimum maliyyə mənfəəti üçün razılaşdırılmış, kartel sövdələşməsi olub. Səhiyyə Nazirliyinin müraciəti əsasında Milli Rəqabət Agentliyi araşdırmaya başlayıb. Səhiyyə Nazirliyi bu il ərzində dəfələrlə əczaçılıq şirkətləri tərəfindən qeyri-sağlam rəqabət, süni qiymət artımı, razılaşdırılmış hərəkətlər və dərmanların süni qıtlığı faktlarını aşkarlayıb. İstinad qiymətləri tətbiq olunmayan dərman vasitələri üzrə 1000%, 2000% və 3000% qiymət artımı və eyni qiymətlər müşahidə edilib; Türkiyədən gətirilən dərman vasitələrinin qiymətinin süni şəkildə artırılması və Avropanın müxtəlif ölkələrindən gətirilən eyniadlı dərman vasitələrinin qiyməti ilə bərabərləşdirilməsi faktları aşkar edilib; Epilepsiya xəstəliyinin müalicəsi üçün həyati əhəmiyyət kəsb edən preparatın (“Depakin Xrono”) süni çatışmazlığının yaradılması faktları aşkarlanıb. Dövlətə və vətəndaşlara qarşı yönəlmiş bu cür vicdansız hərəkətlər Səhiyyə Nazirliyi üçün yolverilməzdir. Qurumun hər bir qanun pozuntusu ilə bağlı sərt cavabı olacaq” – deyə məlumatda qeyd olunub.

Rəqabət agentliyi onkoloji dərmanlarla bağlı razılaşdırılmış fəaliyyətə görə dörd əczaçılıq şirkətini ümumilikdə 53 milyon lariyə qədər cərimələyib.