Səhiyyə nazirinin müavini Respublika Xəstəxanasının əməkdaşları ilə görüşüb
Səhiyyə nazirinin müavini İlia Ğuduşauri Respublika Xəstəxanasının əməkdaşları ilə görüşüb. Görüş Respublika Xəstəxanasında keçirilib.
İlia Ğuduşauri xəstəxana ilə bağlı gələcək planlar və təzminat barədə tibb işçilərinə məlumat verib.
Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edildiyi üzrə, Tbilisinin Respublika Xəstəxanasının bazasında bütün əsas tibb sahələrini əhatə edəcək yeni, çox profilli, yüksək texnologiyalı və müasir standardlara uyğun klinika təşkil olunacaq. Beynəlxalq standartlara cavab verən tibb müəssisəsi 500 çarpayı fondundan artıq olacaq, ambulatoriya və 100 çarpayı fondundan artıq gündüz stasionarı təşkil olunacaq.
“Görüşdə klinikada işlə təmin olunmuş tibb işçilərinin hüquqlarının tam şəkildə qorunacağı bildirilib.
Respublika Xəstəxanasının hər bir əməkdaşı alternativ iş təklifi və ya layiqli təzminatla təmin ediləcək.
Təklif paketinə əsasən :
• Bir tək Respublika Xəstəxanasında işləyən istənilən işçi təzminat olaraq birdəfəlik 12 aylıq əmək haqqı ilə təmin ediləcək;
• Əgər klinikanın işçisi başqa müəssisədə də işləyirsə, təzminat olaraq dörd aylıq əmək haqqını alacaq;
• 12 aylıq təzminatdan imtina edən tibb işçisinə Səhiyyə Nazirliyi tərəfindən eyni vəzifədə başqa tibb məntəqəsində işlə təminat və dörd aylıq əmək haqqı məbləğində təzminat təklif ediləcək;
• Başqa müəssisədə işləməyən və nazirlik tərəfindən alternativ iş yeri təklif edilməyən tibb işçiləri üçün nazirlik onların işlə təmin olunmasına qədər üç il ərzində aylıq əmək haqqı ödəyəcək.
Səhiyyə Nazirliyi Respublika Xəstəxanasının hər bir əməkdaşına qeyd olunan təzminat paketini təklif edəcək. İctimaiyyətə məlumdur ki, nazirliyin iştirakı ilə əməkdaşların bir hissəsi artıq müxtəlif dövlət klinikalarında işə düzəlib”- Səhiyyə Nazirliyinin məlumatında deyilir.