Səhiyyə nazirinin müavini Qioiqi Tsotskolauri istefa verib
Məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər nazirinin müavini Qiorqi Tsotskolauri istefa verib. Bu barədə məlumatı Nazirlikdən Gürcüstanın Birinci Kanalına təsdiqləyiblər. Agentlik Tsotskolaurinin istefasının səbəbləri barədə danışmır.
2018-ci ildən nazir müavini postunu tutan və məcburi köçkünlərin probleminə nəzarət edən Qiorqi Tsotskolaurini kimin əvəz edəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, Ekaterine Tikaradze ötən ilin dekabrında səhiyyə naziri vəzifəsindən istefa verib. Tikaradzeni Zurab Azaraşvili əvəzləyib.