İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tea Qiorqadze erməni həmkarı Lena Nanuşyanla görüşüb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, tərəflər iki ölkə arasında səhiyyə sahəsində uzunmüddətli əməkdaşlıq və ilkin və ictimai səhiyyə sisteminin inkişafı məsələlərini müzakirə ediblər.
“Həmçinin söhbət zamanı səhiyyənin qorunması istiqamətində birgə layihələrə toxunulub.
Tea Qiorqadze səhiyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması baxımından əhəmiyyətli irəliləyişlər barədə nümayəndə heyətinin üzvlərinə məlumat verib. Gürcüstan və Ermənistan arasında tərəfdaşlıq əməkdaşlığının inkişaf perspektivlərindən də danışılıb. Görüşdə tərəflər gələcək əməkdaşlıq məsələlərini də müzakirə ediblər”. – Agentliyin məlumatında qeyd olunur.