Səhiyyə komitəsinin tələbi
Səhiyyə komitəsinin tələbi

Parlamentin səhiyyə komitəsinin üzvləri qanunverici orqandan marixuananın becərilməsi ilə bağlı qanunlayihənin geri çəkilməsini tələb edirlər.

Komitənin sədri Akaki Zoidze qeyd olunan məsələyi bugünki büro iclasında qaldırdı.

Komitə üzvləri bəyan edirlər ki, əhalinin böyük hissəsi çətənə becərilməsinə qarşı çıxır və onların bu mövqeyi prezident seçkilərinin nəticəsinə təsir verdi.

Deputatların tələblərinə cavab olaraq, Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvili diqqəti prosedur məsələlərinə yetirdi.

Onu dediyinə görə, hazırda qanunlayihənin müzakirə prosesi dayandırılıb və iqtidar tərəfindən tələb edildiyi halda, bu təşəbbüsə son qoyulacaq.