Səhiyyə Komitəsi üçüncü oxunuşda dövlətin birbaşa danışıqlar yolu ilə dərmanları xeyli aşağı qiymətə ala biləcəyini nəzərdə tutan düzəlişləri dəstəkləyib
Səhiyyə Komitəsi üçüncü oxunuşda dövlətin birbaşa danışıqlar yolu ilə dərmanları xeyli aşağı qiymətə ala biləcəyini nəzərdə tutan düzəlişləri dəstəkləyib

 
Sağlamlığın Müdafiəsi və Sosial Məsələlər Komitəsi “Dərman vasitələri və əczaçılıq fəaliyyəti və dövlət satınalmaları haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda dəstəkləyib.

Hökumətin qanunvericilik təşəbbüsünü deputatlara səhiyyə nazirinin birinci müavini Tamar Qabunia təqdim edib.

Dəyişikliklərə əsasən, dövlət istehsalçı və ya ticarət lisenziyasının sahibi ilə birbaşa danışıqlar yolu ilə xüsusi şərtlərlə əczaçılıq məhsullarını xeyli aşağı qiymətə ala biləcək.

Tamar Qabunia bildirib ki, bu yolla daha çox pasiyentin müalicəsini maliyyələşdirmək və dərman vasitələrinə çıxış imkanlarını artırmaq mümkün olacaq. Həmçinin dövlət vəsaitinin xərclənməsinin səmərəliliyi və maliyyələşdirilən dərman vasitələrinin sayı artacaq.