Şəhərlərin və kurortların inkişaf proqramı çərçivəsində tenderlərin elanına başlanılıb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qərarı ilə həyata keçirilən şəhərlərin və kurortların inkişafı üzrə yeni dövlət proqramı çərçivəsində tenderlər elan edilib.
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu artıq Telavi və Kutaisi tarixi ərazisinin abadlaşdırılması layihələri üçün tender elan edib.
Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edildiyi kimi, layihə Telavidə Batoni qəsri və onun ətraf ərazisinin və Kutaisidəki tarixi rayonun inkişafını nəzərdə tutur.