Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə proses dekabrın 14-nə təxirə salınıb
Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi dekabrın 14-ü, saat 11:00-a təxirə salınıb.
Mixeil Saakaşvilinin özü də prosesdə iştirak etmirdi. Məhkəmə iclasında hakim Qiorqi Arevadze “Vivamed”dən aldığı məktubu oxuyub, məktuba əsasən müalicə edən həkim Mixeil Saakaşvilinin səhhəti ilə əlaqədar məhkəməyə aparılmasını məqsədəuyğun hesab etmir.
Vəkillər materiallarla tanış olmaq və distansional iştirakı təmin etmək üçün vaxt tələb ediblər.
Vəkillər Gürcüstanın sabiq prezidentinin cəzasının təxirə salınması ilə bağlı vəsatət irəli sürüblər.
Məhkəmə prosesinə paralel olaraq Tbilisi Şəhər Məhkəməsi yaxınlığına müxalifət partiyalarının nümayəndələri və Saakaşvilinin tərəfdarları toplaşıblar.