Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi ilə bağlı proses keçirilir
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi ilə bağlı məhkəmə prosesi keçirilir.
Mixeil Saakaşvilinin özü iclasda distansional şəkildə iştirak etmir. Məhkəmə iclasında hakim Qiorqi Arevadze Xüsusi Penitensiar Xidmətin məktubunu oxuyub, məktuba əsasən, Xüsusi Penitensiar Xidmət məhkum Saakaşvilinin distansional iştirakını təmin etmək imkanından məhrumdur. Hakim həmçinin “Vivamed”dən aldığı məktubu da oxuyub, məktubda həkimin Mixeil Saakaşvilinin iştirakını məqsədəuyğun hesab etmədiyi qeyd olunub.
“Bu mərhələdə Xüsusi Penitensiar Xidmət məhkum Saakaşvilinin distansional iştirakını təmin etmək imkanından məhrumdur. Bu məktubun birinci hissəsidir. Həmçinin “Vivamed”dən də məktub almışıq, məktubda məhkumun nəqlini məqsədəuyğun hesab etmədikləri yazılıb” – deyə hakim açıqlayıb.
Bundan əlavə, Penitensiar Xidmətin nümayəndəsi tibbi sənədləri öyrənmək üçün penitensiar xidmətə bir ay vaxt lazım olduğunu bildirib.
“Əlavə tibbi sənədlər 2022-ci ilin dekabrın 9-da təqdim edilib. Sözügedən sənədləri növbəti iş günü, dekabrın 12-də məhkəmədən götürdük. Müvafiq olaraq, bu sənədlər öyrənilməli və üzərində işlənilməlidir və bunun üçün xidmətə məqsədəuyğun vaxt lazımdır. Hesab edirik ki, bu məqsədəuyğun müddət bir aydır və məhkəməyə tam mövqe təqdim etmək məqsədilə təqdim olunan sənədləri tam öyrənmək üçün xidmətə məhz bu vaxt lazımdır” -deyə Nika Abramişvili açıqlayıb.
Vəkillər Gürcüstanın sabiq prezidentinin cəzasının təxirə salınması ilə bağlı vəsatət irəli sürüblər.
Məhkəmə prosesinə paralel olaraq Tbilisi Şəhər Məhkəməsi yaxınlığına müxalifət partiyalarının nümayəndələri və Saakaşvilinin tərəfdarları toplaşıblar.