Şəhər Məhkəməsində gedən prosesdə keçmiş əməkdaş dırnaq arası Qareci məsələsi üzrə təqsirləndirilən Natalia İliçovanın əleyhinə ifadə verib
Şəhər Məhkəməsində gedən prosesdə keçmiş əməkdaş dırnaq arası Qareci məsələsi üzrə təqsirləndirilən Natalia İliçovanın əleyhinə ifadə verib

 

Tbilisi Şəhər Məhkəməsində davam edən prosesdə dırnaq arası Qareci məsələsi üzrə təqsirləndirilən Natalia İliçovanın keçmiş əməkdaşı, kartoqrafiya xidmətinin keçmiş rəis müavini Manana Ağapişvili məhkəmədə dindirilərkən bildirib ki, Natalia İliçova ona cinayəti törətməyi təklif edib.

Manana Ağapişvili bildirib ki, Natalia İliçova onun yanına gələrək, onun üçün çatımlı olmayan xəritələrdə Gürcüstan ərazilərinə qarşı dəyişikliklər etməyi təklif edib.

“Bu ərazi bizdə saxlanılan xəritələrdə göstərilib, Gürcüstan ərazisi olub. Mən ona dedim ki-“Nato, otağımdan çıx və buranı tərk et. O getdi”. Başqa heç nə demədi. Sonradan nəşr olunacaq xəritələrdə növbətçi xəritələrdən istifadə edilirdi. İş yerində növbətçi xəritələr saxlanılırdı, onlara “gizli” işarəsi qoyulurdu, odadavamlı seyflərdə saxlanılırdı. Natalia növbətçi xəritədə dəyişiklik istədi. Dəyişiklik edə bilərdim. Giriş imkanım var idi. Aydınlıq gətirilməlidir. Heç kimə deməmişəm, sarsıntı keçirdim. Natonun bu hərəkəti məni təəccübləndirdi. Müstəntiq məni dindirəndə mən onu arxivləşdirmişdim və bu barədə danışmadım. Mən bilirdim ki, məhkəməyə gəlib burada bu haqda danışacağam” – deyə şahid bildirib.

Şahidin bu ifadəsi müdafiə tərəfinin etirazına səbəb olub. Müdafiə tərəfi şahidin niyə iki il əvvəl istintaq zamanı belə mühüm detallar barədə danışmaması ilə maraqlanır.

İveri Melaşvili və Natalia İliçova Gürcüstan ərazilərinə qarşı hərəkətlərdə ittiham olunurlar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.