Şəhər büdcəsindən məbləğ götürdüm, Milana getdim və saçımı kəsdirdim - Kaxa Kaladze Levan Xabeişviliyə cavab verdi
Şəhər büdcəsindən məbləğ götürdüm, Milana getdim və saçımı kəsdirdim, – Tbilisinin meri Kaxa Kaladze, Tbilisi Sakrebulosunun (icra hakimiyyətinin) “Milli hərəkat” partiyasından olan üzvü Levan Xabeişvilinin verdiyi suala belə cavab verdi.
Kaladzenin dediyinə görə, Xabeişvilinin suçlamaları haqqında danışmaq gülməlidir.
“Bəli, siz bəyənsəniz də, bəyənməsəniz də, Milanda saçımı kəsdirdim, bunun üçün də şəhər büdcəsindən məğləğ götürdüm. Sonra da dostlarımı dəvət etdim və şəhər büdcəsinin pulları ilə restorana, bara getdim. Sizə cavabım budur” – dedi Kaladze.
Şəhər büdcəsinin məbləğləri ilə hansı görüşlərin keçirildiyi barədə suala cavab olaraq, Kaladze bəyan etdi: “Heç bir görüş keçirilməyib, mən o məbləğlərlə klublara və əyləncələrə getdim. Yenə nə etdiyimi yadıma salıb, sizə yazılı şəkildə təqdim edəcəm” – dedi Kaladze.
Tbilisi Sakrebulosunun “Milli Hərəkat” partiyasından olan üzvü Levan Xabeişvilinin bəyanatına görə, Kaladze Milanda saçını kəsdirmək üçün şəhər büdcəsindən 14 mindən artıq lari xərclədi.