Səfirlik Avstriyadakı Gürcüstan vətəndaşlarının diqqətinə  bəyanat yayıb
Səfirlik Avstriyadakı Gürcüstan vətəndaşlarının diqqətinə bəyanat yayıb

Səfirlik Avstriyadakı Gürcüstan vətəndaşlarının diqqətinə bəyanat yayıb.

“1 oktyabrdan etibarən Avstriya Respublikasının bütün federal torpaqlarında aşağıdakı qaydalar qüvvəyə minəcək: 3G qaydasının tələb olunduğu qurumlara artıq antigen testi ilə daxil olmaq mümkün olmayacaq. Belə müəssisəyə yalnız PCR testindən keçmiş (son 48 saat ərzində), peyvənd edilmiş və ya kovidi keçirən şəxslər qəbul edilir;

Gecə qastronomiyası (barlar və klublar nəzərdə tutulut) yalnız aşılanmış və ya virusu keçirmiş şəxslər üçün əlçatan olacaq; Antigen və ya PCR testi olan şəxslər daxil ola bilməyəcəklər ; 500 və daha çox insanın iştirak etdiyi tədbirlərə yalnız aşılanmış və ya virusu keçirmiş şəxslər icazə verilir;

6 yaşdan 12 yaşa qədər olan məktəblilər üçün həftədə bir dəfə PCR testindən keçmək (Corona Testpass) məktəbə daxil olmaq üçün kifayətdir; Məktəb xaricində yuxarıda qeyd olunan yaş kateqoriyalarına görə tənzimləmə dəyişməz olaraq qalır (PCR testi 48 saat ərzində etibarlıdır) ”, – məlumatda deyilir.