Biz analitik iş aparırıq, lazım olduğu təqdirdə maliyyə dəstəyi veririk və bu çətin dövrdə Gürcüstana hər cür yardım göstərməyə hazırıq, – bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə bölgə direktoru, Sebastyan Molineus bəyan etdi.
Onun dediyinə görə, Dünya Bankı Gürcüstana vaxtlı analitik dəstəyini göstərir.
“Biz Ukraynada cari müharibənin və Rusiyaya qarşı sanksiya rejiminin təsirini, eləcə də Gürcüstan iqtisadiyyatına necə təsir edəcəyini təhlil edərək həm Gürcüstanın Maliyyə Nazirliyinə, həm də Milli Bankına dəstək verirdik. Bunun həm ticarət kanallarına, həm də inflyasiyaya təsir edəcəyini bilirik. Lazım gələrsə, biz əlavə olaraq maliyyə dəstəyimizi təklif etdik. Düçünürəm bu biraz erkəndir. Biz analitik iş aparırıq, lazım olduğu təqdirdə maliyyə dəstəyi veririk və bu çətin dövrdə Gürcüstana hər cür yardım göstərməyə hazırıq. Heç kim bilmir bu nə qədər sürəcək, daha artığına ümid etməliyik və pis üçün hazır olmalıyıq. Dünya Bankı 30 ildir ki, Gürcüstanın uzunmüddətli partnyorudur və biz Gürcüstan üçün bu çətin zamanda güclü partnmyorlar olmağa davam edəcəyik”, – Molineus bəyan etdi.
Sebastyan Molineusun dediyinə görə, iqtisadi artımdan danışmaq hələ erkəndir.
“Doğrudan da, bizim proqnozlarımızdır ki, Gürcüstanın artımı 5,5%-dən 2,2%-ə düşəcək. Düşünürəm ki, ilk üç ay nisbətən güclü idi, növbəti ay kritik olacaq, hesab edirəm ki, bu il Gürcüstan üçün real artımın nə olacağını qiymətləndirmək üçün vəziyyət xeyli yaxşılaşacaq.Lakin vurğulamaq istəyirəm ki, ilin ilk üç ayında artım həqiqətən güclü idi”, – Molineus bəyan etdi.