Sebastian Molineus -illik təxminən 5%-lik artımla, 7.5-8.5%-lik xarici investisiya cəlb etməklə, eləcə də postkovid dövründə biz müstəsna ikirəqəmli artım müşahidə etdik və bu il də eyni göstəricini gözləyirik
Sebastian Molineus -illik təxminən 5%-lik artımla, 7.5-8.5%-lik xarici investisiya cəlb etməklə, eləcə də postkovid dövründə biz müstəsna ikirəqəmli artım müşahidə etdik və bu il də eyni göstəricini gözləyirik

 

Gürcüstanla imzaladığımız “İqtisadi Memorandum” son 10 il ərzində, Kovid pandemiyasından əvvəl Gürcüstanın Avropa və Asiyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olması ilə bağlı heyrətamiz tarixi ehtiva edir-bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus açıqlayıb.

Sebastian Molineusun qeyd etdiyi kimi, Dünya Bankı xalq üçün imkanları artırmaq və daha yaxşı iş yerləri yaratmaq üçün Gürcüstana qəti məhsuldarlıq yaratmağa kömək etməyi planlaşdırır.

“Son on ildə illik təxminən 5%-lik artımla, 7.5-8.5%-lik xarici investisiya cəlb etməklə yoxsulluğu demək olar ki, iki dəfə azaldıb, son iki ildə də, eləcə də postkovid dövründə müstəsna ikirəqəmli artım müşahidə etdik və bu il də eynisini gözləyirik. Bu, güclü makroiqtisadi siyasətlər, eləcə də biznes sektorunda güclü islahatlarla gəlir. Ancaq, təhlillər hələ də həllini gözləyən məsələlər olduğunu göstərir.

Birincisi, qeyri-bərabərlikdir, xüsusən də Gürcüstanın regionlarında. İkincisi, məhsuldarlığın səviyyəsi olması lazım olan səviyyədə deyil, üçüncüsü, işin keyfiyyəti iqtisadi artıma uyğun gəlmir. Bu memorandumda hökumətin növbəti 10 il üçün iddialı iqtisadi artım strategiyasına uyğun bir neçə iddialı siyasət işlənib.

Biz xalq üçün imkanları artırmaq, daha yaxşı iş yerləri yaratmaq, təkcə Tbilisidə deyil, həm də regionlarda iqtisadi inkişafı təmin etmək üçün Gürcüstana qəti məhsuldarlıqda kömək etməyi planlaşdırırıq.

Biz Avropa İttifaqı ilə inteqrasiya üçün mümkün qədər çox imkanlardan istifadə etməsi məqsədilə Gürcüstana diqqət yetirəcəyik.

Ümumiyyətlə desəm maliyyə sektoru güclüdür. O, həqiqətən də zərbələrə tab gətirdi və möhkəm olduğunu sübut etdi. Hökumət maliyyə sektorunun sabitliyini, artımını və inklüzivliyini dəstəkləməyə davam etməlidir”-deyə Molineus açıqlayıb.