Sebastian Kurts - Avstriya iqtidarı yeddi məscidi bağladı və ölkədən bir neçə məscidin imamını qoylayır
Sebastian Kurts - Avstriya iqtidarı yeddi məscidi bağladı və ölkədən bir neçə məscidin imamını qoylayır

Avstriya yeddi məscidi bağladı və ölkədən bir neçə məscidin imamını qoylayır.

Associated Press agentliyinin məlumatına görə, bu bəyanatı Avstriyanın kansleri Sebastian Kurts verdi.

Agentliyin yaydığı məlumata görə, bu tədbirlər “siyasi islama” və məscidlərin xaricdən maliyyələşdirilməsinə qarşı yönəldilib.

Sebastian Kurtsun bəyanatına görə, Venada türk milliyətçi ideyalarını yayan türk məscidləri bağlanacaq. Həmçinin, hökümət, ərəb cəmiyyətinə aid olan bir neçə məscidə qarşı tədbirlər həyata keçirəcək.

Bununla yanaşı, Avstriyanın Daxili İşlər Naziri Herbert Kikl bəyan etdi ki, Mədəni və Sosiyal Əməkdaşlığın Türk-İslam İttifaqının (ATİB) 40 üzvünün Avstriyada yaşamaq haqqı da nəzərdən keçiriləcək.

Avstriya iqtidarının bu qərarı, 2015-ci ildə qəbul edilən, dini qrupların xaricdən maliyyələşdirilməsini qadağan edən qanuna əsaslanır.