Save the children - Dünyada 1,2 milyard uşaq yoxsulluq, münaqişə və diskriminasiya riski altında yaşayır
Save the children - Dünyada 1,2 milyard uşaq yoxsulluq, münaqişə və diskriminasiya riski altında yaşayır

Dünyada 1,2 milyard uşaq yoxsulluq, münaqişə və diskriminasiya riski altında yaşayır – bu barədə hesabatı Save the children uşaqların qorunmasının beynəlxalq günü ilə bağlı yayır.

Beynəlxalq hüquq müdafiyə təşkilatı tərəfindən hazırlanan sənədə əsasən, 1,2 milyard uşaq yuxarıda qeyd olunan üç problemdən biri ilə qarşılaşır. 153 milyon isə, hər üç fəlakətin qurbanı olur.

Ötən il ilə müqayisədə, qlobal miqyasda vəziyyətin əhəmiyyətli dərəcədə düzəlməsinə rəğmən, mənfi statistika yenə də dəyişirilməyib.

Hesabata əsasən, 240 milyon uşaq müharibə olan ölkələrdə yaşayır. 575 milyon az yaşlı qız uşağı isə, qadın diskriminasiyasının ən böyük problem olduğu ölkələrdə yaşayır.

Save the children-in siyahısında  birinci yerdə Sinqapur və Sloveniyadır, onlardan sonra, Norvegiya, İsveç və Finlyandiya gəlir.

Siyahının sonunda isə, Afrika ölkələridir, Mali, Nigeriya və Mərkəzi Afrika respublikasıdır.