Sarpidə külli miqdarda bəyan edilməmiş qızılın gətirilməsi faktlarının qarşısı alınıb
Sarpidə külli miqdarda bəyan edilməmiş qızılın gətirilməsi faktlarının qarşısı alınıb

 
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi”- gömrük keçid məntəqəsində gömrük zabitləri tərəfindən xarici ölkə vətəndaşlarının həm üzərlərində aparılmış şəxsi yoxlama, həm də onların idarə etdiyi minik avtomobilinə ətraflı baxış nəticəsində bəyan edilməmiş qızıl-zinət (ümumi çəkisi: 201,3 qram) əşyaları aşkar edilib.

Bəyan edilməmiş malın ümumi gömrük dəyəri 33 144,63 lari təşkil edib.

Gürcüstanın Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə müvafiq olaraq, qanunu pozan vətəndaş A.D. barəsində sanksiya olaraq, 7518,41 lari məbləğində pul cəriməsi təyin edilib, qanunu pozan vətəndaş S.O.-nun işinin detalları sonrakı cavab tədbirləri məqsədilə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinə ötürülüb.

Məlumatı Gəlirlər Xidmətinin mətbuat xidməti yayır.