Şarl Mişel - ümumi Avropa gələcəyinə qəti dəstəyimi Salome Zurabişviliyə bir daha təsdiqlədim, əsas prioritetlərdə irəliləyiş Aİ ailəsinə gedən yolda həlledici əhəmiyyət kəsb edir
Şarl Mişel - ümumi Avropa gələcəyinə qəti dəstəyimi Salome Zurabişviliyə bir daha təsdiqlədim, əsas prioritetlərdə irəliləyiş Aİ ailəsinə gedən yolda həlledici əhəmiyyət kəsb edir

 

Avropa Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkədə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüş haqqında yazır.

Mişelin “Twitter”də yazdığı kimi, ümumi Avropa gələcəyinə qəti dəstəyini Salome Zurabişviliyə bir daha təsdiqləyib.

“Avropa dəyərləri gürcü xalqının qanındadır. Ümumi Avropa gələcəyinə qəti dəstəyimi Gürcüstan Prezidenti Salome Zurabişviliyə bir daha təsdiqlədim. Əsas prioritetlər üzrə konkret irəliləyiş Aİ ailəsinə gedən yolda həlledici əhəmiyyət kəsb edir” -deyə Şarl Mişel yazır.