Şarl Mişel - Rusiyanın işğalından 15 il sonra, Gürcüstanın ərazi bütövlüyünə dəstək qəti olaraq qalır, biz Aİ və NATO yolunu seçmiş cəsur xalqı dəstəkləyirik
Rusiyanın işğalından 15 il sonra, Gürcüstanın ərazi bütövlüyünə dəstək qəti olaraq qalır-bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel öz “Twitter” səhifəsində yazır.
Onun sözlərinə görə, onlar Aİ və NATO-ya gedən yolu seçmiş cəsur gürcü xalqını dəstəkləyirlər.
“Rusiyanın Gürcüstanı işğal etməsindən 15 il ötür. 15 ildən sonra Aİ-nin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi qəti olaraq qalır. Biz Avropa İttifaqına və NATO-ya gedən yolu seçmiş cəsur gürcü xalqını dəstəkləyirik” -deyə Şarl Mişel yazır.