Şarl Mişel - İrakli Ğaribaşviliyə Avropa İttifaqının Gürcüstana sədaqətini bir daha təsdiqlədim
Şarl Mişel - İrakli Ğaribaşviliyə Avropa İttifaqının Gürcüstana sədaqətini bir daha təsdiqlədim

 
Mən bir daha ölkənin baş naziri İrakli Ğaribaşviliyə Avropa İttifaqının Gürcüstana sədaqətini təsdiqlədim – bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel “Twitter”də yazır.

Mişelin qeyd etdiyi kimi, Gürcüstanın Aİ yoluna sadiqliyi hələ də güclüdür.

“Gürcüstanın Aİ yoluna sadiqliyi hələ də güclüdür və mən ölkənin baş naziri İrakli Ğaribaşviliyə Avropa İttifaqının Gürcüstana sədaqətini bir daha təsdiqlədim. Avropa İttifaqı gürcü xalqının maraqları naminə lazımi addımlar atılması üçün Gürcüstanın islahat gündəliyinin və fəaliyyət planının həyata keçirilməsi prosesində irəliləyişə nail olmaq istiqamətində davamlı səylərini təqdir edir”- Şarl Mişel yazır.