Şarl Mişel İrakli Ğaribaşviliyə - Avropa İttifaqı sizinlədir və gürcü xalqı üçün tarixi fürsəti təmsil edən Avropa perspektivinə qətiyyətlə sadiq qalır
Avropa Şurasının Prezidenti Şarl Mişel Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə Brüsseldə keçirilən görüşünə “Twitter” sosial şəbəkəsində münasibət bildirir.
“Avropa İttifaqı bu yolun hər mərhələsində sizinlə birlikdədir və gürcü xalqı üçün tarixi fürsəti təmsil edən Avropa perspektivinə qətiyyətlə sadiq qalır”- deyə Avropa Şurasının Prezidenti “Twitter”də yazır.
Şarl Mişel Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu bildirib.
“Avropa yolunda irəliləmək üçün əsas prioritetlərin həyata keçirilməsi indi hər zamankından daha çox vacibdir”.
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşdə məhkəmə islahatının, qanunun aliliyi və mətbuat azadlığı islahatlarının dərinləşdirilməsinin zəruriliyini xüsusilə qeyd etdim”- deyə Ş.Mişel yazır.