Şarl Mişel - İrakli Ğaribaşvili ilə görüşdə Avropa İttifaqının Gürcüstanın üzvlük perspektivinə sadiqliyini bir daha vurğuladım, indi statusun əldə edilməsi üçün zəruri olan prioritetləri konkret şəkildə yerinə yetirməyin vaxtıdır

Avropa Şurasının Prezidenti Şarl Mişel “Twitter” səhifəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşə münasibət bildirib.

Şarl Mişelin yazdığı kimi, status əldə etmək üçün zəruri olan prioritetləri konkret şəkildə yerinə yetirməyin vaxtı çatıb.

“Avropa İttifaqı ilə bağlı islahatlarla əlaqədar bugünkü bəyanatı təqdir edirəm. Bir daha Avropa İttifaqının Gürcüstanın üzvlük perspektivinə sadiqliyini vurğuladım. İndi namizəd statusu almaq üçün zəruri olan prioritetləri konkret şəkildə yerinə yetirməyin vaxtıdır”- Şarl Mişel yazır.