Şarl Mişel -indi Ukrayna, Moldova və Gürcüstanın gələcəyinin Aİ-də olduğunu dərk etməyimizin vaxtıdır
Şarl Mişel -indi Ukrayna, Moldova və Gürcüstanın gələcəyinin Aİ-də olduğunu dərk etməyimizin vaxtıdır

 
İndi Ukrayna, Moldova və Gürcüstanın gələcəyinin Aİ-də olduğunu dərk etməyimizin vaxtıdır. Ukrayna və Moldovaya namizəd statusu verməyə çağırıram. Paralel olaraq, biz Ukraynaya güclü humanitar, hərbi, iqtisadi və maliyyə dəstəyi göstərməyə davam edəcəyik – bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel öz “Twitter” hesabında yazır və videomüraciət yayır.

Onun sözlərinə görə, bu ölkələr Avropa yolunda şərtləri yerinə yetirməli olacaqlar.

“İnanıram ki, indi Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımağın vaxtıdır. Bu ölkələrin və onların xalqlarının gələcəyi Avropa İttifaqındadır. Ələxsus da, mənim niyyətim odur ki, Ukrayna və Moldovaya namizəd statusu verək. Aydındır ki, bu ölkələr Avropa yolunda şərtləri yerinə yetirməli olacaqlar. Əsasən də qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə baxımından. Ukrayna xalqı azadlıq, demokratiya və Avropa gələcəyini seçdi. Və indi onlar bunun üçün mübarizə aparırlar və biz onların yanındayıq. Müharibə Avropaya qayıdanda biz təkcə Aİ daxilində deyil, həm də qitədəki digər Avropa tərəfdaşları ilə sabitliyimizi və təhlükəsizliyimizi gücləndirməliyik. Avropa siyasi birlik ideyası əməkdaşlığı gücləndirə və Avropanı daha təhlükəsiz və inkişaf etmiş edə bilər. Və bu ideya genişlənmənin əvəzedicisi deyil. Biz Qərbi Balkan ölkələri ilə genişlənmə prosesini gücləndirəcəyik ki, onların inteqrasiyasını irəli çəkək, Qərbi Balkanlar Avropa İttifaqı üçün, Avropa İttifaqı isə Qərbi Balkanlar üçün önəmlidir” -deyə Şarl Mişel müraciətində qeyd edir.