Şarl Mişel - Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etdik, genişlənmə Avropa və namizəd ölkələrin vətəndaşlarına göndərdiyimiz güclü siyasi mesajdır
Şarl Mişel - Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etdik, genişlənmə Avropa və namizəd ölkələrin vətəndaşlarına göndərdiyimiz güclü siyasi mesajdır

 
Yenicə başa çatan sammit tarixi idi, çünki Ukrayna və Moldova ilə danışıqlara başlamaq, Gürcüstana isə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etdik-bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel Aİ sammitinin yekun mətbuat konfransında açıqlayıb.

Şarl Mişelin qeyd etdiyi kimi, genişlənmə Avropa və namizəd ölkələrin vətəndaşlarına göndərilən güclü siyasi mesajdır.

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi artıq Avropa İttifaqını dərindən dəyişib. Biz sülh, təhlükəsizlik və firavanlıq dəyərlərini gücləndirmişik. Yenicə başa çatan sammit tarixi idi, çünki Ukrayna və Moldova ilə danışıqlara başlamaq, Gürcüstana isə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etdik. Biz həmçinin Bosniya və Herseqovina ilə onlar meyarların müvafiqliyinin kifayət səviyyəsinə çatan kimi danışıqlara başlamağa razılaşdıq və mart ayına planlaşdırılan görüşümüz var. Bu, bizim qətiyyətli seçimimizdir, çünki biz tam əminik ki, genişlənmə sülhə, təhlükəsizliyə və firavanlığa qoyulan sərmayədir. Bu, Avropa vətəndaşlarına, namizəd ölkələrin vətəndaşlarına və dünyanın qalan hissəsinə göndərdiyimiz olduqca güclü siyasi mesajdır” -Şarl Mişel açıqlayıb.

Avropa Şurası Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusu verib.