Şarl Mişel - Gürcüstan Avropa Komissiyasının rəyində əks olunmuş prioritetlərə cavab verən kimi ona namizəd statusu verməyə hazırıq
Şarl Mişel - Gürcüstan Avropa Komissiyasının rəyində əks olunmuş prioritetlərə cavab verən kimi ona namizəd statusu verməyə hazırıq

 

Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq barədə qərar qəbul etdik. Bu ölkələrin və xalqın gələcəyi Avropa İttifaqındadır -bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Ukrayna məsələsi ilə əlaqədar Avropa Parlamentində keçirilən debatlar zamanı danışıb.

O, Ukrayna və Moldovaya namizəd statusu verməklə onların xalqlarına, Avropa İttifaqının vətəndaşlarına ciddi mesaj verdiklərini və həmçinin Avropa Komissiyasının rəyində əks olunmuş prioritetlərə cavab verən kimi Gürcüstana namizəd statusu verməyə hazır olduqlarını bildirib.

“Kremlin barbar müharibəsi qitəmizdə tektonik dəyişikliklərə səbəb oldu və yeni siyasi reallıq yaratdı. Ötən həftə Avropa İttifaqının 27 lideri ilə birlikdə bir sıra mühüm geosiyasi qərarlar qəbul etdik. Birincisi, Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq barədə qərar qəbul etdik. Bu ölkələrin və xalqın gələcəyi Avropa İttifaqındadır. Biz həmçinin Ukrayna və Moldovaya namizəd statusu verməklə onların xalqlarına və bizim, Avropa İttifaqının vətəndaşlarına ciddi mesaj verdik. Həmçinin, Avropa Komissiyasının rəyində əks olunmuş prioritetlərə cavab verən kimi Gürcüstana namizəd statusu verməyə hazırıq” -deyə Şarl Mişel qeyd edib.