Şarl Mişel Ermənistanın baş naziri və Azərbaycanın prezidenti ilə görüşdü
Şərq Partnyorluğu sammitinə qədər bir gün əvvəl, Avropa Şurasının prezidenti, Şarl Mişel Ermənistanın baş naziri, Nikol Paşinyan və Azərbaycanın prezidenti, İlham Əliyev ilə görüşdü.
Üçtərəfli görüşün başlamasına qədər, Şrəl Mişel Nikol Paşinyan və İlham Əliyevlə individual görüş keçirdi.
Medianın məlumatına görə, üçtərəfli görüşdə əsas söhbət Ermənistan və Azərbaycan arasında mübahisənin həlli olub. Avropa Şurası prezidentinin dediyinə görə, Ermənistan və Azərbaycan iki ölkə arasında kommunikasiya infrastrukturunun yenidən qurulmasına başlamaq barədə razılığa gəldilər. Şarl Mişelin sözlərinə görə, görüşün əsas məqsədlərindən biri iki ölkə arasında etimad mühitinin yaradılması idi. Həmçinin, Avropa İttifaqı Şurasının prezidentinin dediyinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyasına dəstək vermək üçün bir qrup eksperti əlçatarlı edəcək. Ekspertlər qrupu hər iki tərəfə texniki yardım göstərəcək.
Görüşdən sonra Avropa Şurasının prezidenti “tvitterdə” yazdı ki, Ermənistan və Azərbaycan liderləri ilə əhəmiyyətli görüşü var idi. Şarl Mişelin sözlərinə görə, regionda sülh, sabitlik və firəvəanlıq üçün birbaşa dialoq vacibdir.