Şarl Mİşel - Bosniya və Gürcüstana islahatları yerinə yetirən kimi namizəd statusunu verməyə hazırıq
Bosniya və Gürcüstana islahatları yerinə yetirən kimi namizəd statusunu verməyə hazırıq, – bu barədə Avropa Şurasının prezidenti, Şarl Mişel Almaniyada “Böyük Yeddilik” sammiti başlamazdan əvvəl keçirilən mətbuat konfransında bəyan etdi.
O, həmçinin Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd statusunun verilməsindən də danışdı.
“Ukraynadakı müharibə həm də Avropa İttifaqını dəyişəcək. Cəmi bir neçə gün əvvəl sonuncu sammitdə biz Ukrayna və Moldovaya Avropa İttifaqına namizəd statusunun verilməsi ilə bağlı razılığa gəldik, həmçinin islahatlar yerinə yetirilən kimi Bosniya və Gürcüstana da namizəd statusu verməyə hazırıq. Bu, Ukrayna və Avropanın gələcəyi üçün tarixi məqamdır”, – Şarl Mişel bəyan etdi.