Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Azərbaycana gedib
Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Azərbaycana gedib

 
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana gedib. Mişel Azərbaycan Respublikasında planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) iştirak edəcək.

Azərbaycan mediasının məlumatına əsasən, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər Şarl Mişeli Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılayıblar.

Azərbaycanın paytaxtı Bakıda noyabrın 11-13-də BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransı (COP29) keçiriləcək. Konfransda Gürcüstanın Baş naziri İrakli Kobaxidze də iştirak edəcək.