Şarl Mişel - Biz Gürcüstanın atdığı son addımları alqışlayırıq, onun səylərini dəstəkləmək üçün hər şeyi edəcəyik, lakin Gürcüstandan da çox şey asılı olacaq
Şarl Mişel - Biz Gürcüstanın atdığı son addımları alqışlayırıq, onun səylərini dəstəkləmək üçün hər şeyi edəcəyik, lakin Gürcüstandan da çox şey asılı olacaq

Biz Gürcüstanın atdığı son addımları alqışlayırıq və Gürcüstanın səylərini dəstəkləmək üçün hər şeyi edəcəyik, lakin biz Avropa Komissiyasının hesabatının necə olacağını görəcəyik – Avropa Şurasının Prezidenti Şarl Mişel Aİ liderlərinin Brüsseldə sammiti başlamazdan əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, Avropa Komissiyası genişlənmə ilə bağlı hesabatını bu ilin yayından sonra dərc edəcək və qeyd olunan hesabata əsasən, ilin sonunda, yəqin ki, dekabrda Avropa Şurası qərar qəbul edəcək.

“Gürcüstana gəlincə, biz Gürcüstanın atdığı son addımları alqışlayırıq və Gürcüstanın səylərini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik, lakin hesabatın necə olacağını yaydan sonra görəcəyik. Çox şey Gürcüstandan asılı olacaq, ilin sonunda Avropa Şurasının Gürcüstanla bağlı qərar verməsi üçün tövsiyələrin yerinə yetirilməsi əsas məsələ olacaq” – Şarl Mişel bildirib.