Şarl Mişel bəyan edir ki, Avropa İttifaqı Ukrayna üçün Avropa Marşal Planına başlayır
Avropa İttifaqı Ukrayna üçün Avropa Marşal Planına başlayır. Bu barədə Avropa Şurasının prezidenti, Şarl Mişel bəyan etdi.
Şarl Mişel hesab edir ki, Polşa paytaxtında keçiriləcək donorlar konfransı Ukraynanın Avropa Marşal Planı üçün başlanğıc nöqtəsi olacaq.
“Bu nə etməliyiksə odur. Biz çox güclü siqnal göndərməliyik ki, biz Ukraynanı mümkün qədər dəstəkləyəcəyik. Ukraynanı nəinki sözlə dəstəkləməliyik, bu kifayət deyil – bizə qərarlar lazımdır, pul lazımdır, güclü koordinasiya və siyasi iradə lazımdır”, – Şarl Mişel bəyan etdi.
Mişel həmçinin etibar fondundan istifadə etmək üçün gördüyü üç prioritet və üç məqsədi adlandırdı. Birincisi – humanitar yardım, ikinci məqsəd – likvidlik, üçüncü – ölkəni bərpa etməkdir.
Mişelin sözlərinə görə, Ukrayna hökumətinin əhaliyə humanitar yardımın göstərilməsi üçün maksimum dəstək alması vacibdir, həmçinin Ukrayna büdcəsini qrant və kreditlərlə dəstəkləmək vacibdir ki, ölkə iqtisadiyyatı maksimum səviyyədə saxlaya bilsin.
Şarl Mişelin sözlərinə görə, etimad fondu ideyası prezident Zelenskiyə məxsusdur. Avropa Şurasının prezidenti hesab edir ki, fond ən qısa zamanda aktivləşdirilməlidir.
Ukraynaya dəstək üzrə beynəlxalq donorlar konfransı Avropa Şurası və Avropa Komissiyasının dəstəyi ilə Polşa və İsveçdə keçirilir.
Bununla yanaşı, Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Polşadadır və bu konfransda iştirak edəcək.