Şarl Mişel – ABŞ Nümayəndələr Palatasının qərarı Kremlə aydın siqnaldır ki, azadlığa və BMT Nizamnaməsinə inananlar Ukraynanı dəstəkləməyə davam edəcəklər

20:08, 21.04.2024

Avropa Şurasının prezidenti Şarl Mişel ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya yardımın ayrılması haqqında qanun layihəsinin qəbul edilməsinə münasibət bildirib.

Şarl Mişel qərarı alqışlayır və bunun Kremlə aydın mesaj olduğunu deyir.

“Mən ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya çoxdan gecikmiş, mühüm əhəmiyyət kəsb edən 60 milyard dollarlıq yardım paketini təsdiqləmək qərarını alqışlayıram. Bu, Kremlə aydın mesajdır: azadlığa və BMT Nizamnaməsinə inananlar Ukraynanı və onun xalqını dəstəkləməyə davam edəcəklər”, – deyə Şarl Mişel sosial şəbəkədə yazır.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60,8 milyard dollar məbləğində hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

Senatın qanun layihəsinə gələn həftə baxacağı və imzalanması üçün ABŞ prezidentinə göndərəcəyi gözlənilir.

Oxşar