"Sarı jiletlilərin" məqsədi və strategiyası - hərəkatın liderlərindən biri ilə eksklüziv müsahibə (qısaldılmış)
Fransada bu həftə sonu da, hər həftə sonu olduğu kimi, noyabr ayından başlayaraq, yenə “sarı jiletlilərin” aksiyası planlaşdırılır.
Birinci Kanalın çəkiliş qrupu Parisdədir və planlaşdırılan aksiyaları işıqlandıracaq.
Aksiyalar başlayana qədər isə, Birinci Kanalın jurnalisti “sarı jiletlilərin” liderlərindən biri olan Maksim Nikol ilə söhbət etdi.
— “Sarı jiletlilər” hərəkatı nəyə görə yarandı, məqsədiniz nədir?
— 2018-ci ilin oktyabr ayında mən ölkə iqtidarının hərəkətlərinə qarşı etirazımı sosiyal şəbəkələrdən bildirirdim. Sosiyal şəbəkədə tərəfdarlarımızın sayı çoxaldıqdan sonra, küçələrə çıxmağa qərar verdik.
Məqsədimiz isə, Fransa iqtidarının əhaliyə qarşı laqeyid davranışlarına qarşı çıxmaqdır, hansı ki artıq illərdir davam edir. Fransa iqtidarı millətin sosiyal vəziyyəti və yaşam səviyyəsi ilə artıq çoxdandır ki maraqlanmır.
Böyük müəssisələrə sahib olan zəngin insanlar vergi ödəmirlər. Daha az gəlirləri olanlar isə, bütün vergiləri ödəməyə məcburdurlar. Yəni zəngin insanların açıq şəkildə, yoxsullardan dəfələrlə artıq güzəştləri və privilegiyaları var. Yoxsul, çalışqan insanlara isə, bütün bunlar ağır gəlir.
— Bu səfər ki aksiyanızın tələbləri nələr olacaq?
— Fransada 9 milyondan artıq insan yoxsulluq içində yaşayır. Hər il yoxsulluq ücbatından suiqəsd edən vətəndaşların sayı 10 000-dən 15 000 nəfərə qədərdir. İlk növbədə maaşların artmasını tələb edirik.
Fransız xalqı işləyir, ancaq soyuducuları yenə də boşdur və insanlar ac qalırlar. Biz istəyirik ki, iqtidar xalqa yaxın olsun və onun tələblərini dinləsin. Həmçinin, pensiyaların artmasını istəyirik.
18 həftədir mücadələ edirik və kimsə çıxıb bizi dinləmək istəmir, əksinə üstümüzə polis göndərirlər. İndi isə, biz qarşı əsgəri çıxardacaqlar.
Şəxsən mən aqressiyanın və aqressiv etirazın tərəfdarı deyiləm, ancaq biz geri çəkilməyi düşünmürük və təəssüf ki, bəzən hadisələr nəzarətimiz altından çıxa bilir.