Sanksiyaların ləğv olunmasına baxmayaraq, marixuananın bəzi yerlərdə istifadəsinə görə, məsuliyyətə cəlb olunması mümkündür
Gürcüstan Konstitusiya Məhkəməsinin bu günki qərarı ki, marixuananın istifadəsi üçün bütün növ sanksiya aradan qaldırıldı, müəyyən istisnaları nəzərdə tutur, əgər istifadə faktı üçüncü şəxslər üçün təhlükə yaradırsa.
“Konstitusiya Məhkəməsi qeyd etdi ki, marixuananın istifadəsi üçün məsuliyyətə cəlb olunma, marixuananın istifadəsinin konkret faktı üçüncü şəxslər üçün təhlükə yaradırsa, baş verir. Məsələn, mariaxuananın istifadəsi təlim, tərbiyə və maarifləndirmə müəssisəsində, ictimai nəqliyyatda, həddi büluğa çatmayanın yanında baş verərsə məhkəmə məsuliyyətin irəli sürülməsini məqsədyönlü hesab edəcək”, – Gürcüstan Konstitusiya Məhkəməsinin qərarında qeyd olunub.
Gürcüstan Konstitusiya Məhkəməsinin bu günki qərarı ilə marixuananın istifadəsi barəsində bütün növ sanksiya ləğv olundu.