Sanksiyaların qoyulduğu təqdirdə, Türkiyə ABŞ üçün İncirlik bazasını bağlayacaq
Türkiyəyə qarşı sanksiyaların qoyulduğu təqdirdə, Türkiyə ABŞ-ı İncirlik bazasını bağlamaqla təhdid edir.
Bu barədə bəyanatı Türkiyənin Xarici İşlər Naziri verdi.
“Biz ən pis ssenariyi dəyərləndirib, ona görə qərar verəcəyik. Əgər Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı sanksiyalar qoysa, gündəmdə İncirlik bazasının bağlanması məsələsi olacaq” – dedi Mevlut Çavuşoğlu yerli kanallardan birinə müsahibə verərkən
Xatırladaq ki, Türkiyə tərəfindən zenit-raket sistemi “ES-400”-ün Rusiyadan alınması Ankara və Vaşinqton münasibətlərində ciddi gərginlik yaratdı.
Amerika Birləşmiş Ştatlarında bəyan etdilər ki, buna görə, Türkiyəyə qarşı sanksiyaların qoyulması məsələsi müzakirə olunur.