Şanxayda yuk avtomobili piyadaçıları vurdu
Şanxayda yuk avtomobili piyadaçıları vurdu

Çinin Şanxay şəhərində sürücü avtofurqonu səkidə piyadaların üstünə sürüb.

Yerli mətbuatın məlumatına görə, hadisə nəticəsində 18 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, qəza nəticəsində avtomobil alışıb. Hadisə yerli vaxtla səhər 09:00 radələrində baş verib.

Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.