Sandro Rakviaşvili - koalisiya hökuməti ilə bağlı hələ konsultasiyalarımız olmayıb və hesab edirəm ki, ikinci turdan əvvəl bu barədə danışmaq hələ tezdir
Sandro Rakviaşvili - koalisiya hökuməti ilə bağlı hələ konsultasiyalarımız olmayıb və hesab edirəm ki, ikinci turdan əvvəl bu barədə danışmaq hələ tezdir

 

“Qirçi”-nin üzvü Sandro Rakviaşvilinin sözlərinə görə, koalisiya hökuməti mövzusunda hələlik heç bir konsultasiya olmayıb.

Onun sözlərinə görə, ikinci turdan əvvəl bu mövzuda danışmaq hələ tezdir.

“Koalisiya hökuməti ilə bağlı hələ konsultasiyalarımız olmayıb və hesab edirəm ki, ikinci turdan əvvəl bu barədə danışmaq hələ tezdir.
Əgər belə bir fikir var idisə, bu, birinci turdan əvvəl həyata keçirilməli idi. Əgər əvvəllər buna ehtiyyac yox idisə və onlar bu barədə düşünmürdülərsə, indi seçiciləri necə inandıra bilərik ki, bu, yalnız seçkiqabağı deyil, ciddi bir vəddir” -deyə Rakviaşvili bildirib.

Nika Melia dünən mətbuat vasitələrindən birinin efirində bəyanat verib və qeyd edib ki, yaxın günlərdə paytaxtın koalisiya hökumətini təqdim etməyi planlaşdırır.