Zuqdididə “Milli Hərəkat”-ın mer namizədi Sandra Rulovs, partiyanın üzvü Manuçar Çxetianın azad olunmasını tələb edir.
Sandra Rulovs bugün keçirilən brifinqdə beynəlxalq təşkilatlara müraciət etdi ki, Zuqdididə baş verən proseslərə monitorinq keçirsinlər.
“Tələb edirik ki, aktivistimiz Manuçar Çxetia azadlığa buraxılsın. Onun polisə müqavimət göstərdiyi yalandır. İki həftədir dinc görüşlər keçiririk və polis bizi təqib edərək, provokasiya yaradır.
Məni kimsə dayandır bilməyəycək, çünki xalq kimsədən qoruxmur. İqtidar bizim qələbəmizdən qoruxur, çünki görür ki, yerli xalqla çox yaxşı münasibətimiz var və qalib olmaq perspektivim böyükdür. Qarşı tərəfin namizədi isə, bir merinin həbsxanada olduğu halda, yenə mer namizədini təqdim edir. Polisə müraciət edirəm, bizi təqib etməkdənsə, kriminallarla baş gəlsin” – dedi Sandra Rulovs.