Sandra Rulovs bu gün “Vivamed” klinikasında Mixeil Saakaşviliyə baş çəkib. Bu barədə o, “Facebook” səhifəsində yazıb.
“Mişaya baş çəkməyim üçün psixoloji baxımdan hazır olmağım iki il apardı. Bu gün uzun görüşümüz və səmimi söhbətimiz oldu. Ona azadlıq, cansağlığı və xoşbəxtlik arzulayıram. Biz artıq birlikdə deyilik”, – Sandra Rulovs yazıb.