Şanai Brukun qətlində təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib
Avstraliya vətəndaşı Şanai Bruku öldürməkdə təqsirləndirilən Rafael Mursakulov 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qərarı hakim Zviad Şaradze elan edib.
“Şəxs təqsirli bilinərək, birləşmiş cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilsin”, – deyə hakim bildirib.
Bununla belə, məhkəmədə təqsirləndirilən şəxs yekun nitqində Şanai Brukun qardaşı Tayson Edvardsdan üzr istəyib.
“Bağışlayın məni. Başa düşürəm, hər şeyi bilirəm. Burada dayanmaq mənim üçün asan deyil. Qardaşı çoxlu xeyirxah işlər gördüyünü qeyd etdi. Mən heç vaxt belə olmamışam, mən də yaxşı işlər görürdüm. Mən də yaxşı iş görürdüm. Səhv elədim, məni bağışlayın. İtkinizi başa düşürəm, bu itkini mən də yaşamışam. Bilirəm ki, üzr istəməyim heç bir əhəmiyyət kəsb etmir, sadəcə olaraq qarşınızda səmimiyyətlə dayanıram, üzr istəyirəm. O gün mən özümü öldürdüm. Bağışla məni dost, qardaş, çox pisəç. Mən belə olmamışam və özümü belə vəziyyətə salmamışam. Məni bağışlayın, üzr istəyirəm”, – Mursakulov deyib.
Avstraliya vətəndaşı Şanai Bruk 2021-ci il 30 iyulda yoxa çıxıb. Şanai Brukun cəsədi iyulun 31-də Mtatsminda yamacında tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Rafael Mursakulovu sentyabrın 8-də saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin birinci hissəsi (quldurluq, yəni özgənin daşınar əmlakına qanunsuz sahiblik etmək məqsədi ilə basqın etmə, zorakılıq və ya həyat və ya sağlamlıqdan istifadə ilə hədələmə), 109-cu maddəsinin 1-ci hissəsinin “c” və üçüncü “c” yarımbəndi (başqa cinayətin ört-basdır edilməsi və törədilməsinə şərait yaratmaq məqsədi ilə qəsdən adam öldürmə; ağırlaşdırıcı şəkildə adam öldürmə) 16 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.