Samtredia-Lanchxuti-Qriqoleti yolunun 42-ci km-də yüngül avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Aparılan işlər nəticəsində beynəlxalq əhəmiyyətli Samtredia-Lanchxuti-Qriqoleti avtomobil yolunun 42-ci km-də yüngül avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
İdarədən verilmiş məlumatda sözügedən hissədə qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin beynəlxalq əhəmiyyətli Senaki-Poti-Sarpi avtomobil yolu vasitəsilə hərəkət edəcəyi deyilir.
Avtomobil Yolları Departamentinin yaymış olduğu məlumata əsasən, bu gün səhər saatlarında yağan güclü leysan səbəbindən Tsğaltsitela çayı məcrasından çıxıb və avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.