Samqori rayonunda, qətlin törədildiyi yerin yaxınlığında istintaq tədbirləri davam edir
Samqori rayonunda, qətlin törədildiyi yerin yaxınlığında istintaq tədbirləri davam edir

Tbilisidə, Samqori rayonunda, Tsinubani kəndində səhər saatlarında gənc qadının cəsədinin tapıldığı yerdə istintaq tədbirləri davam edir. Hadisə yerində ekspert-kriminalistlər və müstəntiqlər işləyir. Cəsəd ekspertizaya göndərilib.

Qətlə yetirilən şəxsin evi hadisə yerindən bir neçə metr aralıdadır. Hadisə yerindən deyildiyi üzrə, dünən gecə saat 02:00 radələrində qıza həmin kəndin sakini olan kirvəsinin övladı zəng edib. Qız evdən çıxıb və səhər atası onun cəsədini evdən bir neçə metr aralıda görüb.

Hadisə yerindən deyildiyi üzrə, kirvəsinin övladı qızdan pul alırmış.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hələ ki, saxlanılan yoxdur. Qətl maddəsi ilə istintaq davam etdirilir.