Samqori rayonunda daha bir qəzalı vəziyyətdə olan yaşayış evinin dəyişdirilməsi layihəsi həyata keçirilir
Tbilisinin Meriyası Varketili qəsəbəsində, üçüncü massivdə, Kaloubani küçəsi N18 ünvanında daha bir qəzalı vəziyyətdə olan yaşayış evinin dəyişdirilməsi layihəsini həyata keçirir. Məlumatı Tbilisinin Meriyası yayır.
Bu mərhələdə yaşayış binasının-tikilinin inşası davam etdirilir. Konkret olaraq, bünövrə və tirlərin düzülməsi başa çatdırılıb, həmçinin ikinci mərtəbədə diafraqma qəliblərinin düzülməsi işləri aparılır.
Paytaxt meri Kaxa Kaladze müavini İrakli Bendeliani ilə birlikdə layihə ilə tanış olub.
“Paytaxtımızda qəzalı vəziyyətdə olan bina-tikililərin çox olduğunu nəzərə alsaq, onların dəyişdirilməsi proqramı olduqca mühümdür. Bu ünvanda üç mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binası var idi. 36 ailəni kirayə evlərə çıxarmışıq. Oktyabr ayında təmir işlərinə başlanacaq və bu insanlara hərtərəfli səliqəyə salınmış yaşayış sahələri veriləcək. Bundan əlavə, evsiz statuslu ailələrə təhvil verəcəyimiz 10 mənzil munisipalitetin mülkiyyətinə veriləcək”- deyə Kaxa Kaladze deyib.
Samqori rayonunun icra başçısı Kaxa Samxaradze və Tbilisinin İnkişaf Fondunun rəhbəri Qiorqi Papava Tbilisinin meri ilə birlikdə ərazidə olublar.